Putin Peskovun vəzifəsini yüksəldir

Putin Peskovun vəzifəsini yüksəldir
  12 Oktyabr 2016    Oxunub:2155
Rusiya prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yaxın zamanda istefaya göndərilə bilər.
AzVision.az “Kommersant”a istinadən xəbər verir ki, 2017-ci ilin martında Uşakovun 70 yaşı tamam olacaq.

Məlumata əsasən bu vəzifəyə artıq bir neçə məmurun namizədliyi nəzərdən keçirilir.

Namizədlər arasında Rusiyanın Çindəki səfiri Andrey Denisov, prezidentin mətbuat katibi Dmitri Peskov və XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı var. Bunlar arasında Peskovun şansı yüksək qiymətləndirilir.

Uşakovun Avropa ölkələrindən birinə səfir təyin ediləcəyi istisna olunmur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti