Vaşinqton və Moskva kritik görüşə hazırlaşır

Vaşinqton və Moskva kritik görüşə hazırlaşır
  12 Oktyabr 2016    Oxunub:1443
Vaşinqton və Moskva Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüşün təşkili üzərində işləyir.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak deyib.

“Hələlik heç nəyi təsdiqləyə bilmərəm. İş gedir”, - deyə Kislyak Lavrov- Kerri görüşünün oktyabrın 15-də baş tutub-tutmayacağına dair sualı cavablandırıb.

Xatırladaq ki, sonuncu dəfə oktyabrın 5-də Lavrov və Kerri arasında telefon danışıq baş tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti