Nazarbayev Ermənistana getməkdən imtina etdi

Nazarbayev Ermənistana getməkdən imtina etdi
  12 Oktyabr 2016    Oxunub:2924
Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar bu günə planlaşdırılan Ermənistan səfərindən imtina edib.

AzVision.az qazax KİV-nə istinadən xəbər verir ki, Nazarbayev soyuqdəymədən müalicə alır.

Prezidentin mətbuat xidmətinin rəhbəri Aydos Ukibayın sözlərinə görə, ölkə başçısının səhhəti narahatlıq doğurmur: “O, soyuqdəymə ilə bağlı müalicə alır”.

Ukibayın sözlərinə görə, prezidentin səhhətində yaranan problemlə bağlı onun beynəlxalq tədbirlərdə iştirakı təxirə salınıb: “KTMT-nın İrəvandakı iclasında Qazaxıstanı baş nazir təmsil edəcək”.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazrabayevin bu gün Azərbaycana gözlənilən səfəri də təxirə salınıb.

Xatırladaq ki, oktyabrın 14-də İrəvanda Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı ölkələrinin Şura iclası keçiriləcək. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri iştirak etməsi planlaşdırılırdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti