Ermənistan yenə uduzdu - Video

Ermənistan yenə uduzdu - Video
  12 Oktyabr 2016    Oxunub:2216
Ötən gün DÇ-2018-in seçmə oyunları çərçivəsində üçüncü tura yekun vurulub.
AzVision.az xəbər verir ki, E qrupunda üç qarşılaşma baş tutub. Ermənistan millisi səfərdə Polşa yığması ilə qarşılaşıb.

Ermənistan millisi səfərdə Polşaya 2-1 hesabı ilə məğlub olub. Matçın 30-cu dəqiqəsində erməni futbolçu Andonian G qırmızı kart alıb. Oyunda hesab ikinci hissədə açılıb. 48-ci dəqiqədə Mikoyan H topu öz qapısına vurub. 50-cı dəqiqədə Ermənistan millisinin hücumçusu Pizzelli H qol Polşaya qol vurub. Matçın 95-ci dəqiqəsində isə hücumçu Robert Levandovski fərqlənərək Polşaya qələbə qazandırıb.

Turun digər qarşılaşmalarında isə Danimarka doğma meydanda Montenegroya 0-1 hesabı ilə bağlı olub. Ruminiya millisi isə Qazaxıstanla səfərdə 0-0 bərabərə qalıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti