Növbəti FETÖ əməliyyatı - 235 polis həbs edildi

Növbəti FETÖ əməliyyatı - 235 polis həbs edildi
  12 Oktyabr 2016    Oxunub:1410
Bu gün səhər saatlarında Ankarada FETÖ-ya (Fətullah Terror Təşkilatı) qarşı keçirilən əməliyyat tədbirləri zamanı xeyli polis əməkdaşı saxlanılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror təşkilatının “ByBlock” kodundan istifadə etdiyi bildirilən 235 polis tutulub.

Saxlanılanlar arasında yüksək rütbəli polis zabitləri, o cümlədən polis rəisləri də var.

Xatırladaq ki, oktyabrın 4-də Türkiyə Hərbi Hava Qüvvələrinin 12700 polis əməkdaşı Fətullah Gülən hərəkatının (FETÖ) tərəfdarları ilə mübarizə çərçivəsində işdən çıxarılıb.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti