Sarkisyan müxalifətə keçən məmuru işdən çıxardı

Sarkisyan müxalifətə keçən məmuru işdən çıxardı
  12 Oktyabr 2016    Oxunub:1490
Ermənistan Prezident Administrasiyasının rəhbərinin müavini Viktor Dallakyan tutduğu vəzifədən azad olunub.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan sərəncam imzalayıb.

“Qraparak” qəzeti hesab edir ki, Viktor Dallakyan müxalifət düşərgəsinə keçərək iqtidara yeni cəbhə açmağa hazırlaşır.

İddia edilir ki, Ohanyan Prezident Aparatının rəhbərinin müavini Viktor Dallakyanın yaradacağı “Şrdjadardz” partiyasına rəhbərlik edəcək.

Nəşr yazırdı ki, “Şrdjadardz” partiyası Rusiya mənbələrindən maliyyələşəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti