`Mənim üçün Fatih Terim bitdi` - Arda Turan

  12 Oktyabr 2016    Oxunub : 9811
`Mənim üçün Fatih Terim bitdi` - Arda Turan
Türkiyə millisinin baş məşqçisi Fatih Terim ilə “Barselona”nın ulduzu Arda Turan arasında gərginlik davam edir.
AzVision.az "Haber7"-yə istinadən xəbər verir ki, komandanın Avro-2016-ya hazırlaşdığı Antalya təlim-məşq toplanışı zamanı Turanla Terim arasında taktika məsələsi ilə bağlı mübahisə yaşanıb.

Terimin köməkçilərindən olan Bülent Bayraktar Turanı sakitləşdirmək üçün onları barışdıracağını bildirib.

Turan isə cavabında Bayraktara bildirib: "Mənim üçün Fatih Terim bitdi. Bundan sonra onunla barışmağım mümkün deyil".

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: