`Bircə Qarabağ problemini həll etmək qalıb` - Polad Bülbüloğlu (Video)

`Bircə Qarabağ problemini həll etmək qalıb` -  Polad Bülbüloğlu (Video)
  12 Oktyabr 2016    Oxunub:2341
“Dünya Enerji Konqresinin növbəti iclasının Türkiyədə keçirilməsi bizi sevindirir".

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Vestnikkavkaza” agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Türkiyə rəhbərlərinin uğurlu qarşılıqlı fəaliyyəti regionda vəziyyətin sabitləşməsi üçün zəmin yaradacaq:

“Türkiyədə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan, eləcə də Bakıda baş tutan Putin, İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli formatlı görüşlər sülh və sabit region yaratmaq üçün ciddi irəliləyişin olduğunu göstərir. Bircə Dağlıq Qarabağ problemini həll etmək qalıb.

Rusiya və Türkiyə ilə böyük əlaqələri olan bir qardaş ölkə kimi onların münasibətlərində 180 dərəcə dönüş yaranması bizi sevindirir. Bu gün Türkiyə ilə Rusiya arasında iqtisadi və mədəni əlaqələr bərpa olunur. Bununla əlaqədar bir müddət əvvəl televiziya ekranlarından Türkiyəyə və onun prezidentinə hədyanlar yağdıranlara müraciət etmək istərdim. Onlar haradadır? İndi onların tamaşaçılara deməyə sözləri yoxdur. Politoloqlar irəliyə baxmalıdırlar. Anlamalıdırlar ki, bu gün Türkiyə, Rusiya, Azərbaycan və İran arasında əlaqələr region və dünya üçün, xüsusilə də müxtəlif güc mərkəzlərinin qarşıdurmasında çox vacibdir. Mən şəxsən bu görüşü və sammitdə prezidentlərin çıxışını yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu, bizim ölkələrimizin qarşılıqlı əlaqələri tarixində yeni dönəmdir”.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti