`Həyat yoldaşım məni təhdid etdi`- Nazir

`Həyat yoldaşım məni təhdid etdi`- Nazir
  12 Oktyabr 2016    Oxunub:6388
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyasında çıxışı zamanı ölkəsində edam cəzasının bərpa edilməsinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Çavuşoğlu edama qarşı olduğu üçün həyat yoldaşı tərəfindən təhdid edildiyini söyləyib.

“Mən həyat yoldaşımı edam cəzasının pis olduğuna inandırmağa çalışırdım. O, ertəsi gün məni təhdid etdi. Dedi ki, mən ölüm hökmü ilə bağlı məsələdə sənin mövqeyini bilirəm. Amma bu dəfə qarşı çıxsan, sənlə münasibətlərimizi nəzərdən keçirməli olacağam.

Mən heç nə demədim. 23 illik evliyik, amma ilk dəfə məni təhdid etdi. Bunu niyə deyirəm? Həyat yoldaşım da o həyacanı yaşayıb, xalqa nələrin olduğunu görüb. 15 gün sonra gözəl bir şəraitdə ona hadisəni danışdım, 80 faiz razı saldım. Bu asan deyil və prosesi idarə etməyə çalışırıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti