Putin ABŞ-la barışıq şərtini açıqladı

Putin ABŞ-la barışıq şərtini açıqladı
  12 Oktyabr 2016    Oxunub:3010
“Rusiya Suriyada BMT-nin humanitar karvanına kim tərəfindən zərbə endirildiyini bilir”.
AzVision.az xəbər verir ki. bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunun plenar iclasında çıxışında bildirib: “Biz nələrin baş verdiyini bilirik. Bilirik ki, ABŞ da bu bunu bilir, lakin başqa mövqe tutur, Rusiyanı günahlandırır. Bu, işə kömək etməyəcək”-deyə o, əlavə edib.

Dövlət başçısı Rusiyada ABŞ ilə münasibətlərin pisləşməsinin narahatlıq doğurduğunu qeyd edib: “ABŞ özünü Rusiya ilə tərəfdaş kimi aparmalıdır və belə olan halda Moskva Vaşinqtonla dialoqa hazır olacaq. Biz də Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahat oluruq, amma bu, bizim seçimimiz deyil. Biz heç vaxt buna can atmamışıq. Əksinə, biz ABŞ kimi ölkə ilə dost münasibətlərdə olmağı istəyirik”.

V. Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: “Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə. ABŞ-ın hazırkı siyasəti diktəedicidir. ”

AzVision.az


Teqlər:  





Xəbər lenti