`Suriya xalqına yardım etməliyik` - Deputatdan açıqlama

`Suriya xalqına yardım etməliyik` - Deputatdan açıqlama
  13 Oktyabr 2016    Oxunub:1890
“Azərbaycan Suriyada gərgin vəziyyətdə yaşayan insanlara humanitar yardım göstərəcəksə, bu, çox yaxşı addımdır”
Bunu AzVision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Nizami Cəfərov deyib.

Millət vəkili qeyd edub ki, Suriyada çətin durumda olan insanlara yardım edilməlidir: “Azərbaycanın Suriyaya hümanitar yardım göndərəcəyi haqda məlumatlar yayılıb. Bunun baş tutub-tutmayacağını dəqiq deyə bilmərəm. Amma Azərbaycan dəfələrlə sübut edib ki, humanitar missiyaları həyata keçirməkdə maraqlıdır və bu, siyasətimizə daxildir. Suriya regionda Azərbaycana yaxın ölkələrdəndir və orada baş verən hadisələr bizə də təsir edir”.

Xatırladaq ki, bu yaxınlarda Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstanın Suriyaya humanitar yardım göndərməyi planlaşdırdığını deyib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə bu barədə onlara məlumatın daxil olmadığını, qərarın Nazirlər Kabineti tərəfindən qəbul edilə biləcəyini bildirib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti