FİFA-nın adı dəyişdirilə bilər

FİFA-nın adı dəyişdirilə bilər
  13 Oktyabr 2016    Oxunub:1610
FİFA rəhbərliyi öz adını dəyişdirmə və mənzil-qərargahını İsveçrədən köçürmə variantını müzakirə edib.
Bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino CNN-ə müsahibəsində bildirib.

Lakin o, yekunda bu variantın istisna edildiyini vurğulayıb.

"Elə qüvvələr var ki, görünür, dəyişikliklərin baş verməsini istəmirlər. Mənim üçün onların kimliyinin fərqi yoxdur. Biz islahatlar aparmışıq, işimizi daha şəffaf edirik. Yaxşı idarəetmə sistemi ilə irəliyə hərəkət edirik", - deyə isveçrəli funksioner bildirib.

C.İnfantino FİFA-nın belə hallardan uzaqlaşmağa çalışdığını vurğulayıb: "Keçmişdə olanlar keçmişdə qalmalıdır. Biz həmin səhifəni çevirmişik. Hazırda tam fərqli şəraitdə şəffaf, açıq-aşkar qaydada müxtəlif funksiyaları yerinə yetirən digər insanlarla çalışırıq. Biz buna gələcəkdə də sadiq qalacağıq".

Qeyd edək ki, Canni İnfantino FİFA-ya bu il fevralın 26-dan rəhbərlik edir. (Report.az)

AzVision.az


Teqlər:  





Xəbər lenti