`Atamın vəziyyəti yaxşıdır` – Prezidentin qızı

`Atamın vəziyyəti yaxşıdır` – Prezidentin qızı
  13 Oktyabr 2016    Oxunub:2866
Qazaxıstan prezidenti Nursultan Nazarbayev özünü kifayət qədər yaxşı hiss edir.
AzVision.az “Tengrinews.kz”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında senator, prezidentın qızı Dariqa Nazarbayeva bildirib.

Qeyd edək ki, Nazarbayev səhhətindəki problemlə əlaqədar bu günə planlaşdırılan Ermənistan səfərindən imtina edib. Nazarbayev hazırda soyuqdəymədən müalicə alır.

Prezidentin mətbuat xidmətinin rəhbəri Aydos Ukibayın sözlərinə görə, ölkə başçısının səhhəti narahatlıq doğurmur: “O, soyuqdəymə ilə bağlı müalicə alır”.

Ukibayın sözlərinə görə, prezidentin səhhətində yaranan problemlə bağlı onun beynəlxalq tədbirlərdə iştirakı təxirə salınıb: “KTMT-nın İrəvandakı iclasında Qazaxıstanı baş nazir təmsil edəcək”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti