`Atamın vəziyyəti yaxşıdır` – Prezidentin qızı
Qeyd edək ki, Nazarbayev səhhətindəki problemlə əlaqədar bu günə planlaşdırılan Ermənistan səfərindən imtina edib. Nazarbayev hazırda soyuqdəymədən müalicə alır.
Prezidentin mətbuat xidmətinin rəhbəri Aydos Ukibayın sözlərinə görə, ölkə başçısının səhhəti narahatlıq doğurmur: “O, soyuqdəymə ilə bağlı müalicə alır”.
Ukibayın sözlərinə görə, prezidentin səhhətində yaranan problemlə bağlı onun beynəlxalq tədbirlərdə iştirakı təxirə salınıb: “KTMT-nın İrəvandakı iclasında Qazaxıstanı baş nazir təmsil edəcək”.
Eldar Tanrıverdiyev
AzVision.az