Trampın adı təcavüz qalmaqalında - Şok iddia (FOTO)

Trampın adı təcavüz qalmaqalında - Şok iddia (FOTO)
  13 Oktyabr 2016    Oxunub:10424
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampla bağlı daha bir sensasion məlumat yayılıb.

AzVision.az “New York Times”a istinadən xəbər verir ki, məlumatda Trampın qadınlara cinsi təcavüz etdiyi iddia edilir.

45 yaşlı Lids adlı xanım 38 yaşında olarkən Tramp tərəfindən təyyarədə təcavüzə məruz qaldığını söyləyib: “O, səkkizayaqlı ilbiz kimi idi. Əllərini bədənimin hər yerinə toxundururdu. Bu, mənə qarşı hücum idi”.



Lidsin sözlərinə görə, təyyarə havaya qalxdıqdan 45 dəqiqə sonda Tramp onun sinə nahiyəsinə toxunub və əlini onun ətəyinin altına keçirməyə çalışıb.

Əmlak şirkəyində resepşda çalışan 22 yaşlı Reycel Kroks da Trampın təcavüzünə məruz qaldığını iddia edib. Onun sözlərinə görə, prezidentliyə namizəd liftdə gözlənilmədən onun dodağından öpüb.

“Respublikaçı” prezidentin liftə onun dodaqlarından öpdüyünü bildirib. Hadisənin 2005-ci ilində baş verdiyini deyən Kroks buna görə çox üzüldüyünü söyləyib.

Trampın vəkilləri iddiaların yalan olduğunu, qadınların məhkəməyə veriləcəyini açıqlayıb.

Tofiq Hacıyev
AzVision.az


Teqlər:  





Xəbər lenti