`Ərdoğanın məzarı` qalmaqala səbəb oldu

`Ərdoğanın məzarı` qalmaqala səbəb oldu
  13 Oktyabr 2016    Oxunub:3081
“Pana film” şirkəti “Kurtlar Vadisi” serialında yer alan “Ərdoğanın məzarı” ilə bağlı görüntülərə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, şirkət yaydığı açıqlamada çəkiliş zamanı qəbiristanlığın qəsdən seçilmədiyini bəyan edib.

““Söyləməzsək olmaz” verilişində bizə qəsdən şər və böhtan atılıb. 13 ilə yaxındır davam edən “Kurtlar Vadisi” serialının 4 il əvvəlki 159-cu bölməsinə aid məzarlıq səhnəsi haqda yalan məlumat veriblər. Serialın bu hissəsi İstanbul Böyükşəhir Bələdiyyəsinin Çəkməköy 3-cü bölgəsindəndəki məzarlıqda çəkilib. Onlar bizə şər atmaq, saxta dəlil hazırlamaq üçün Ümraniyə Kocatəpə məzarlığına gedib sujet hazırlayıblar”.

Qeyd edək ki, “Ərdoğanın məzarı”nın görüntüləri sosial şəbəkələrdə geniş müzakirə predmetinə çevrilib. Hətta bu səhnələrin Ərdoğanın ölümünə işarə edildiyi söylənilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti