Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir

Rusiya Ermənistanla hərbi əməkdaşlığı genişləndirir
  13 Oktyabr 2016    Oxunub:1847
Rusiya Ermənistanla hərbi-texniki əməkdaşlığı gücləndirməyə davam edəcək.
AzVision.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın "Rostex" və "Rosoboroneksport" dövlət müəssisələrinin birgə nümayəndə heyətinin rəhbəri Vladimir Qonçarov "ArmHiTec-2016" sərgisində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvanda keçirilən sərgidə Rusiya hərbi texnikasının ən yaxşıları nümayiş olunacaq: “Bu sərgilər Rusiyanın müasir silahlarının ən yaxşı nümunələrini nümayiş etdirmək, xarici tərəfdaşlarımızın siyahısını genişləndirmək, Rusiyanın Ermənistan və digər ölkələrlə hərbi-texniki əməkdaşlığını gücləndirmək baxımından yaxşı imkandır”.

Xatırladaq ki, İrəvanda ilk "ArmHiTec-2016" silah və müdafiə texnologiyaları beynəlxalq sərgisi açılıb. Sərgi oktyabrın 15-dək davam edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti