Marneulidə nə baş verir? – Deputatdan açıqlama
A.Süleymanov vurğulayıb ki, saxlanılan şəxslər Qızılhacılı kəndindəki 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada iştirakda təqsirli bilinirlər: “İnsanları qovmaq istəyirlər ki, onlar etiraz etməsinlər. Polis zor tətbiqi ilə həmin məntəqəni bağladı. Bundan sonra dava düşdü. Tutulan 6 nəfər müxalif Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Əhməd İmanquliyevin tərəfdarlarıdır. Onların tutulması digər etirazçıları qorxutmaq üçündür. Hazırda kənd sakinləri polis idarəsinin qarşısında yığılaraq, onların azad edilməsini tələb edirlər”.
Deputat 48 saylı məntəqənin nəticələrinin ləğv edildiyini vurğulayıb. Bildirib ki, həmin məntəqədə təkrar seçkilər noyabr ayında keçiriləcək.
Anar Kəlbiyev
AzVision.az