İş adamının evində axtarış aparıldı - `Beynəlxalq Bank işi`

İş adamının evində axtarış aparıldı - `Beynəlxalq Bank işi`
  13 Oktyabr 2016    Oxunub:2416
Polis və xüsusi təyinatlılar Rusiyanın Sankt-Peterburq şəhərinin “Pravda” küçəsində yerləşən “Ermitaj” otelində və onun direktoru Malik Babayevin Peterqovda yerləşən evində axtarış aparıb.
AzVision.az -ın “crimerussia”ya istinadən verdiyi məlumata görə, Malik Babayevin evindən sənəd, notbuk və disklər götürüblər.

“Ermitaj” oteli “Beynəlxalq Baltik İnvestisiya Şirkəti”nə (MBİK) məxsusudur. Otelin təsisçisi Malik Babayev və “Stroykorporasiya OKSMİ” MMC-dir. Otelon general direktoru isə Elşən Babayevdir. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq alınıb.

Şirkət Azərbaycan Beynəlxalq bankından restavrasiya işləri üçün kredit götürüb və geri qaytarmayıb. Kreditin məbləği faizlə birgə 20 milyon dollara yaxındır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq bankı 1,6 mlrd. rubl borcu olan otlelin məhkəmə vasitəsilə üzərinə həbs qoymaq istəyib. Lakin məhkəmə iddianı təmin etməyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti