Ermənistanda nazirlik ləğv olundu

Ermənistanda nazirlik ləğv olundu
  13 Oktyabr 2016    Oxunub:1875
Ermənistanda daha bir nazirlik ləğv edilib.
AzVision.az "News.am"-a istinadən xəbər verir ki, Ermənistanın Şəhərsalma Nazirliyi Şəhərsalma üzrə Dövlət Komitəsinə çevrilib. Bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

Dəyişikliklər Ermənistanın yeni baş naziri Karen Karapetyan tərəfindən hökumətdə başladılan islahatlar çərçivəsində həyata keçirilir.

Şəhərsalma naziri Narek Sarkisyan bildirib ki, nazirliyin ləğvi ilə komitədə ştat yerlərinin sayı xeyli az olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti