Marneulidə azərbaycanlıların etirazı - Həbs görüntüləri (VİDEO)

Marneulidə azərbaycanlıların etirazı - Həbs görüntüləri (VİDEO)
  13 Oktyabr 2016    Oxunub:5510
Ötən gecə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonun Qızılhacılı kəndinin 6 sakini polis tərəfindən saxlanılaraq Polis İdarəsinə aparılıb.

AzVision.az xəbər verir ki, gecə saatlarında onların yaşadıqları ünvana gələn polislər evlərdə axtarış aparıblar. Axtarış zamanı evlərə ziyan vurulub, sakinlər təzyiqə məruz qalıb. Soydaşlarımız Qızılhacılı kəndində yaradılan 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada təqsirləndirilirlər.



Xatırladaq ki, müxalif Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Əhməd İmanquliyevin tərəfdarı olan şəxslər məntəqədə səsvermə zamanı baş verən qanun pozuntularına etiraz olaraq məntəqənin qarşısında aksiya keçiriblər.



Bu gün isə Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda həmyerlilərimiz Polis İdarəsinin qarşısında aksiya keçirib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. Deputatlığa namizədlər Əhməd İmanquliyev, Azər Süleymanov, İsrafil Bayramov və Mahir Dərziyev də Polis İdarəsinin qarşısına toplaşıblar. Saxlanılan şəxslər barəsində cinayət işinin başlandığı bildirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti