89 yaşlı Kral öldü, ölkədə matəm elan olundu

89 yaşlı Kral öldü, ölkədə matəm elan olundu
  13 Oktyabr 2016    Oxunub:2781
Tailand Kralı Bhumibol Adulyadej bu gün 89 yaşında Banqkok xəstəxanasında vəfat edib.
AzVision.az -ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Krallıq sarayından bildiriblər.

Ölkənin baş naziri kralın ölümü ilə bağlı ölkədə matəm ili elan edib. Matəm ili ərzində bütün vəzifəli şəxslər qara rəngdə paltar geyinəcək, ölkədə təmtaraqlı və müsqili tədbirlər keçirilməyəcək.

Ölkənin bütün vətəndaşları üçün 30 günlük matəm dövrü qüvvədə olacaq. Bu müddətdə ölkənin bütün qeyd olunası bayramları bir aylığa təxirə salınacaq, bütün dövlət binalarında və məktəblərdə bayraqlar aşağı salınacaq

Ötən həftə onun qızı - şahzadə Çulabhorn milli telekanalın efirində atasının sağlamlığının qaydasında olmadığını bildirmiş və xəstələrə şəfa dilənməsi üzrə buddist dua mərasimində iştirak etmişdi.

Qeyd edək ki, B.Adulyadej 1946-cı ildən Tailanda rəhbərlik edib.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti