Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır

Kreml Qarabağ münaqişəsinin tezliklə həllinə inanmır
  13 Oktyabr 2016    Oxunub:3070
Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda həll olunacağını düşünmür, lakin problemin həllinə yardım etməkdə davam edəcək.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Mən deyərdim ki, biz bu münaqişənin həlli ilə bağlı böyük optimizmə qapılmırıq, ancaq tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və İrəvanla işləməyə davam edəcəyik”, - deyə Uşakov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti