BMT-nin yeni baş katib seçildi

BMT-nin yeni baş katib seçildi
  13 Oktyabr 2016    Oxunub:1743
BMT Baş Assambleyası oktyabrın 13-də təşkilatın yeni baş katibinin təyinatı məsələsinə baxıb və Antoniu Qutyerreşi bu posta təsdiqləyib.
AzVision.az -ın məlumatına görə, portuqaliyalı siyasətçi vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

A.Qutyerreş, bu vəzifəyə təyin olunacağı halda, BMT-nin bütün sistemlərinin fəaliyyətində ahəngə nail olmağa, üç əsas sahənin hamısında - sülh, inkişaf və insan hüquqları sahəsində yaranmış problemlərin öhdəsindən gəlməyə yardım edəcək strategiya tapmağa çalışacağına söz verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti