Moskva-İrəvan avtobusunda qəza: 5 ölü,25 yaralı

Moskva-İrəvan avtobusunda qəza: 5 ölü,25 yaralı
  14 Oktyabr 2016    Oxunub:1844
Moskva-İrəvan marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Şimali Osetiyada yük maşını ilə toqquşub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

Qəza yerli vaxtla 04:25 radələrində baş verib. Şimali Osetya üzrə FHN-nin saytında yer alan məlumata görə, “Mercedes” markalı avtobus “Scania” markalı yük maşını ilə toqquşub. Hadisə baş verən zaman avtobusun içərisində 52 sərnişin olub.

İlkin məlumlara görə, dörd nəfər hadisə yerində keçinib.

Faktla bağlı araşdırmalar gedir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti