`Havadan 3-cü dünya müharibəsinin iyi gəlir` - Bəşər Əsəd

`Havadan 3-cü dünya müharibəsinin iyi gəlir` - Bəşər Əsəd
  14 Oktyabr 2016    Oxunub:10358
Havadan üçüncü dünya müharibəsinin iyi gəlir.

AzVision.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

“Bu gün biz soyuq müharibə dövründə inkişaf mərhələsinə bənzəyən vəziyyəti müşahidə edirik. Suriya isə bu müharibənin yalnız bir hissəsidir”, - deyə Əsəd Suriyada son günlər gərginliyin artması barədə danışarkən bildirib.

Əsədin fikrincə, Qərb, xüsusilə də ABŞ SSRİ-nin dağılmasından sonra belə soyuq müharibəni dayandırmayıb: “Hazırda ABŞ-ın əsas məqsədi dünya üzərində Birləşmiş Ştatların hegemoniyasını saxlamaq, Rusiya və hətta Qərbdən olan tərəfdaşlar belə daxil olmaqla, heç kimə siyasi və ya beynəlxalq arenada tərəfdaş olmağa imkan verməməkdir”.

Əsəd müsahibəsində Rusiya, İran və “Hizbullah” şiə hərəkatını Suriyanın daimi tərəfdaşları adlandırıb: “Məhz bu qüvvələr Suriyaya qanuni yolla gəliblər. Onlar terrorçulara qarşı döyüşürlər. Lakin digər ölkələr də var ki, onlar məsələyə terrorçuları dəstəkləmək üçün müdaxilə edirlər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti