Ərdoğan Moskvaya yeni səfir göndərdi

Ərdoğan Moskvaya yeni səfir göndərdi
  14 Oktyabr 2016    Oxunub:1362
Türkiyə Rusiyaya yeni səfir təyin edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Hüseyn Lazip Dirioz Moskvaya səfir göndərilib.

Hüseyn Lazip Dirioz ən təcrübəli türk diplomatlarından biri hesab olunur. O, 1978-ci ildən Türkiyə XİN-də işləyib. O, burada əvvəlcə NATO ilə qarşılıqlı əlaqələr, daha sonra isə ictimaiyyət və KİV-lə əlaqələr departamentinə rəhbərlik edib.

2004-2008-ci illərdə Dirioz Türkiyənin İordaniyadakı səfiri, 2013-cü ildən isə Braziliyadakı səfiri vəzifələrində çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti