Ermənistanın baş məşqçisi işdən qovuldu

Ermənistanın baş məşqçisi işdən qovuldu
  14 Oktyabr 2016    Oxunub:1546
Ermənistanın futbol üzrə milli komandasının baş məşqçisi Varujan Sukiasyan istefaya göndərilib.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, buna səbəb yığmanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində uğursuz çıxış etməsidir.

Ermənistan 3 turdan sonra xal toplaya bilməyib və qrupun sonuncu pilləsində qərarlaşıb.

Yeni baş məşqçinin adına yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, Sukiasyan 2000-2001-ci ildə də yığmanın baş məşqçisi vəzifəsində çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti