`İnanırlar ki, peyğəmbərlə iftar edəcəklər` - Əsəd

`İnanırlar ki, peyğəmbərlə iftar edəcəklər` - Əsəd
  14 Oktyabr 2016    Oxunub:5753
“Suriyanın Dabik şəhəri müsəlmanlar üçün böyük əhəmiyyətə malikdir. İslama görə, xeyir və şərin sonuncu döyüşü məhz burada baş verəcək. Ona görə terrorçular arasında belə təbliğat aparılır: “Dabikə gedin! Suriyaya gedin! Çünki məhz orada Apokalipsis olacaq!”.
AzVision.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd “Komsomolskaya Pravda”ya müsahibəsində bildirib.

Suriya prezidenti qeyd edib: “Bu, müqəddəs döyüş üçün yerdir. Əgər cənnətə getmək istəyirsənsə, Suriyadan keçməlisən. Digər yerdə ölsən, sən cənnətə düşməyəcəksən. Bu onların ideologiyasının bir hissəsidir. Onlar belə düşünürlər. Məsələn, onlardan bəziləri əmindirlər ki, onlar nə qədər çox adam öldürsələr, cənnətdə Ramazan ayında peyğəmbərlə iftar edə biləcəklər. Buna inanırlar. Onların sadəcə beyinlərini yuyublar və istifadə edirlər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti