İrəvanda KTMT-nın iclası keçirilir

İrəvanda KTMT-nın iclası keçirilir
  14 Oktyabr 2016    Oxunub:1422
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən sammiti öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, sammit Ermənistanın Xarici İşlər Nazirliyində keçirilir.

İclasda KTMT ölkələrinin rəhbərləri, xarici işlər nazirləri, müdafiə nazirləri və katibləri iştirak edir. İclas öncə məhdud tərkibdə başlayıb. Məhdud tərkibdə görüş başa çatdıqdan sonra geniş tərkibdə danışıqlar olacaq.

İclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönələcək. KTMT-nin İrəvandakı iclasında sədrlik Ermənistandan Belarusa keçəcək.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar Ermənistana planlaşdırılan səfərindən imtina edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti