Putin qırıcıları Suriyaya göndərir - Vəziyyət dəyişir

Putin qırıcıları Suriyaya göndərir - Vəziyyət dəyişir
  14 Oktyabr 2016    Oxunub:1999
Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin aviasiya qrupunun Suriya ərazisində yerləşdirilməsinə dair sazişin ratifikasiyası haqqında sərəncam imzalayıb.
Bu barədə AzVision.az TASSA- a istinadən xəbər verir.

Qeyd edək ki, oktyabrın 7-də Rusiya Dövlət Duması aviaqrupun müddətsiz vaxtda Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya- Suriya sazişini ratifikasiya edib. Bu saziş 26 avqust 2015-ci ildə Dəməşqdə imzalanıb.

Razılaşmanın mətnində göstərilən şərtlərə əsasən Rusiya Suriya rəhbərliyi ilə razılıq əsasında aviasiya qrupunun tərkibini özünü müəyyənləşdirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti