BMT-nin yeni baş katibi ABŞ və Rusiyanı barışdıracaq

BMT-nin yeni baş katibi ABŞ və Rusiyanı barışdıracaq
  14 Oktyabr 2016    Oxunub:1520
BMT-nin yeni baş katibi Antonio Qutyerres ABŞ və Rusiyanı dünyanın mərkəzi ölkələri sayır və onları yaxınlaşdırmaq üçün çalışmağa hazırdır.
AzVision.az Qutyerres bunu “RİA Novosti”-yə açıqlamasında bildirib.

“Mən üzv dövlətlər arasında etimadı artırmaq və dəstəkləmək üçün hər şeyi etməyə çalışacağam. Əlbəttə, ABŞ və Rusiya hazırda dünyanın mərkəzi dövlətlərdir. Suriya ilə bağlı danışıqlar;n yenidən başlayacağına şadam. Əminəm ki, əgər bu iki ölkə yaxınlaşsa, onların digərlərini də səfərbər etmək və fikir ayrılıqlarını aradan qaldırmağın mümkünlüyünə inandırmaq imkanları böyükdür”.

Qeyd edək ki, A. Qutyerres 2017-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti