`Kurtlar Vadisi`ndə FETÖ izi - Cinayət işi açıldı

`Kurtlar Vadisi`ndə FETÖ izi - Cinayət işi açıldı
  14 Oktyabr 2016    Oxunub:6472
Türk Patent İnstitutu 15 iyuldan əvvəl "Kurtlar Vadisi Çevriliş" markası üçün müraciət edən Pana Film haqqında prokurorluğa müraciət edib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, prokurorluq cinayət işini qəbul edib, iddia ilə bağlı araşdırmaya başlayıb.

İnstitutun rəhbəri professor Habip Asan prokurorluğa göndərdiyi yazılı müraciətdə “Pana Film”in hələ 24 mayda patent üçün müraciət etdiyini və şirkətin FETÖ ilə əlaqəli ola biləcəyini qeyd edib.

Qeyd edək ki, “Pana Film” “Kurtlar vadisi” adı keçməklə ümumilikdə 208 domen alıb ki, onların arasında “Kurtlat vadisi darbe” də var.

AzVision.az



Teqlər:  





Xəbər lenti