Birinci xanım prezidentə qarşı çıxdı – Gözlənilməz addım

Birinci xanım prezidentə qarşı çıxdı – Gözlənilməz addım
  14 Oktyabr 2016    Oxunub:4741
Nigeriya prezidenti Məhəmməd Buxarinin xanımı ölkənin Nazirlər Kabinetinin heyəti dəyişməyəcəyi təqdirdə onu dəstəkləməyəcini bildirib.
Bu barədə AzVision.az “BBC”-yə istinadən xəbər verir.

“Prezident təyin etdiyi 50 nəfərdən 45-ni tanımır. Mən də onları tanımıram”, - deyə Ayişə Buxari bildirib.

Birinci xanım hesab edir ki, hökumət təyin olunan şəxslərin arxasında duranlar tərəfindən zəbt edilib.

Prezidentin özü isə seçkilər zamanı Nigeriya hökumətində korrupsiya ilə mübarizə aparacağını bildirmişdi. Məhəmməd Buxari 1983-1985-ci illərdə ölkə başçısı postunu tutub. O, 2015-ci ildə prezident seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti