FETÖ-nün girov götürdüyü general ABŞ-a getdi

FETÖ-nün girov götürdüyü general ABŞ-a getdi
  14 Oktyabr 2016    Oxunub:1750
Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Hulusi Аkar ABŞ-a səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə xəbəri NTV telekanalı yayıb.

Akar İŞİD terror qruplaşmasına qarşı ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya üzv ölkələrin baş qərargah rəhbərlərinin iclasında iştirak edəcək.

Qeyd edək ki, koalisiyaya 65 ölkə daxildir.

Xatırladaq ki, Hulusi Akara Türkiyədə 15 iyul dövlət çevrişinə cəhd zamanı FETÖ üzvü olan hərbçilər tərəfindən girov götürülmüşdü.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti