Nazarbayev sağaldı və işə qayıtdı

Nazarbayev sağaldı və işə qayıtdı
  14 Oktyabr 2016    Oxunub:1910
Soyuqdəymədən müalicə alan Qazaxıstan prezidenti Nursultan Nazarbayev sağalıb və artıq iş başındadır.
AzVision.az “Tengrinews.kz”-a istinadən xəbər verir ki, Nazarbayev bu gün ölkənin Baş prokuroru Jakip Asanovu qəbul edib.

Baş prokuror prezidentə hüquq-mühafizə orqanlarının fəaliyyəti barədə məlumat verib, eləcə də "100 konkret addım" millət planının həyata keçirilməsi çərçivəsində verilən tapşırıqların icrası barədə məruzə edib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətindəki problemlə əlaqədar planlaşdırılan Azərbaycan və Ermənistan səfərindən imtina edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti