İrəvanda KTMT-nın iclası başladı

İrəvanda KTMT-nın iclası başladı
  14 Oktyabr 2016    Oxunub:1716
Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən şuranın iclasında iştirak etmək üçün Qırğızıstan və Tacikistan prezidentləri ötən gün Ermənistanın paytaxtına gəlib. Bu gün isə İrəvana Rusiya və Belarus prezidentləri gəlib.

Qeyd edək ki, iclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönəldilib. KTMT-nin İrəvandakı iclasında nizamnamə orqanlarında sədrlik Ermənistandan Belarusa keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti