Məmmədyarov Özbəkistana gedir

Məmmədyarov Özbəkistana gedir
  14 Oktyabr 2016    Oxunub:1417
Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistana səfər edəcək.
Bu barədə XİN-dən AzVision.az-a daxil olan məlumatda bildirilir.

Məlumata əsasən nazir İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövzusu altında keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.

İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti