`Türkiyə Qarabağın həllində müsbət rol oynaya bilər` - Rusiya XİN

`Türkiyə Qarabağın həllində müsbət rol oynaya bilər` - Rusiya XİN
  14 Oktyabr 2016    Oxunub:5396
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət rol oynamağa qadirdir.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Dağlıq Qarabağın təcrid vəziyyətindən çıxarılmasının, regionda normal qarşılıqlı iqtisadi əlaqələrin təmin edilməsində Türkiyənin müsbət rol oynamaq iqtidarında olması elə bir mühüm amildir ki, biz bu amili həmişə nəzərə alırıq”.

Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyişin əldə edilməsi Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün də əsas amildir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti