FİFA Azərbaycana pul ayıracaq
Ali futbol qurumu qadın futbolunun inkişafı üçün də müəyyən vəsait nəzərdə tutub. FİFA xanım futbolçuların iştirakı ilə çempionatların təşkiliylə bağlı federasiyalara 315 milyon dollar ayıracaq.
FİFA-nın prezidenti Canni İnfantino bildirib ki, futbolun kütləviliyini dünya əhalisi üzrə 45 faizdən 60 faizə qaldırmaq istəyirlər. Qeyd edək ki, ali futbol qurumu AFFA-ya da vəsait ayıracaq.
AzVision.az