Keçmiş deputat təyyarə qəzasında öldü

Keçmiş deputat təyyarə qəzasında öldü
  15 Oktyabr 2016    Oxunub:1844
Kanadada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
"CBC News"ın yaydığı məlumata görə, hadisə ölkənin Britaniya Kolumbiyası vilayətində baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub.

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsinin sədri Bill Yervud jurnalistlərə bildirib ki, təyyarə Keloun şəhərindən Sprinqbenk aeroportuna uçurmuş. Lakin o, səmaya qalxdıqdan sonra radarlardan itib. Bir qədər sonra operativ xidmətin əməkdaşları hava gəmisinin qalıqlarını aşkar ediblər.

"Reuters"in məlumatına görə, Kanada parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır.

Qəzanın başvermə səbəbləri araşdırılır. (report)

AzVision.az


Teqlər:  





Xəbər lenti