Türkiyədə terror hücumlarının qarşısı alınıb

Türkiyədə terror hücumlarının qarşısı alınıb
  15 Oktyabr 2016    Oxunub:1586
Türkiyənin Hakkari bölgəsinin Yüksəkoba və Kiçik Çuxur rayonlarında PKK terrorçuları təhlükəsizlik qüvvələrinə qarşı əl istehsalı olan partlayıcı, minaatan və uzun lüləli silahlarla hücum ediblər.
Anadolu agentliyinin məlumatına görə, Yüksəkoba rayonunun Güngör məhəlləsində terrorçular tərəfindən yolda quraşdırılan partlayıcı, patrul vəzifəsini icra edən zirehli polis maşınının keçidi zamanı partladılıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Eyni zamanda, Kiçik Çuxur rayonunun girişindəki polis nəzarət məntəqəsi axşam saatlarında PKK terrorçuları tərəfindən atəşə tutulub.

Bölgədə dərhal əməliyyata başlanılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti