Co Bayden Rusiyaya xəbərdarlıq etdi

Co Bayden Rusiyaya xəbərdarlıq etdi
  15 Oktyabr 2016    Oxunub:2009
ABŞ Rusiyanın kiber hücumlarını cavabsız qoymayacaq.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Co Bayden NBC telekanalına müsahibəsində bəyan edib.

“Biz istənilən kiber hücumlara müvafiq cavab verməyə qadirik. Onlar bunu gözəl bilirlər. Seçdiyimiz vaxtda, lazımi üsulla bunu həyata keçirəcəyik. Rusiyanın ABŞ-da prezident seçkilərinə təsir etmək imkanı yoxdur”, deyə C.Bayden bildirib.

Qeyd edək ki, ötən həftə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi Rusiyanı seçkilərin nəticələrinə təsir etmək məqsədilə kiber hücumlardan istifadə etməkdə ittiham edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti