Ölkəni qadın idarə edəcək

Ölkəni qadın idarə edəcək
  26 Fevral 2013    Oxunub:2138
Bu gündən Cənubi Koreyanın tarixində ilk dəfə olaraq ölkəyə qadın prezident rəhbərlik edəcək.
Seulda Milli yığıncağın qarşısında keçirilən andiçmə mərasiminə 70 minə qədər insan qatılıb. Pak Kın Xe inauqurasiya nitqində vətəndaşlarına xoşbəxt gələcək və çiçəklənmə vəd edib.
O, Şimali Koreya hakimiyyətinə də səslənərək, onu nüvə ambisiyalarından əl çəkməyə çağırıb. "İnam yalnız dialoq və vədlərin yerinə yetirilməsi nəticəsində mümkün ola bilər.
Mən ümid edirəm ki, Şimali Koreya beynəlxalq normalara riayət edəcək və bu iki ölkə arasında etibarlı münasibətlərin qurulmasına kömək edəcək" - sitatın sonu. Qeyd edək ki, Pak Kın Xe mərhum prezident Pak Çon Xinin qızıdır.
O, ötən ilin dekabrında keçirilən seçkilərdə o minimal fərqlə qələbə qazanmışdı. Onun seçkiöncəsi vədləri arasında iqtisadiyyatın liberallaşdırılması, yeni iş yerlərinin yaradılması və Koreya yarımadasında təhlükəsizliyin səviyyəsinin artırılmasıdır.


Teqlər:  





Xəbər lenti