Putin İrəvanda KTMT-ya rəhbər seçməkdən imtina etdi

Putin İrəvanda KTMT-ya rəhbər seçməkdən imtina etdi
  15 Oktyabr 2016    Oxunub:6124
Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının İrəvan sessiyası zamanı quruma yeni rəhbər seçilməsi məsələsi gündəlikdən çıxarılıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki. Bu Ermənistan rəhbərliyi üçün əsl soyuq düş effekti olub.

Bu faktı etiraf etmək məcburiyyətində olan Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, bu məsələ ilin sonunda Sankt – Peterburqda keçiriləcək görüş zamanı öz həllini tapacaq.

Qeyd edək ki, daha əvvəl “Aykakan Jamanak” qəzeti Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) rəhbərlik etməkdən imtina etdiyini yazmışdı.

Nəşr yazdığına görə, bundan sonra Ermənistan rəhbərliyi digər sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı KTMT-ya rəhbər gətirməyi planlaşdırırdı.

Ermənistan prezident Serj Sarkisyan oktyabrın 14-də KTMT-nın İrəvanda keçirilən iclası zamanı növbəti 4 il üçün Arutyunyanın namizədliyini irəli sürəcəyi gözlənilirdi.

KTMT-nın hazırkı baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığından İrəvan toplantısında yeni baş katibin seçilməsi nəzərdə tutulurdu. Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında yeni baş katibin Ermənistan təmsilçisi olacağını bildirmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti