`Azarkeşlər Bakıya necə gedəcək?` - UEFA prezidenti əsəbiləşdi

`Azarkeşlər Bakıya necə gedəcək?` - UEFA prezidenti əsəbiləşdi
  15 Oktyabr 2016    Oxunub:30479
Bu yaxınlarda Bakıda səfərdə olan UEFA prezidenti Aleksander Çeferin Azərbaycan da daxil olmaqla 13 müxtəlif ölkədə keçirilməsi planlaşdırılan “Avro -2020” haqqında neqativ fikrilər səsləndirib.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

“Bu model olduqca risklidir. Hələlik bunun maliyyə baxımından bir xeyir gətirib-gətirməyəcəyi və futbol azarkeşlərinin Bilbaodan Bakıya və ya Kopenhagendən Romaya necə gedəcəyi məlum deyil. Hesab edirəm ki, futbol üzrə növbəti Avropa çempionatı əvvəlki model üzrə keçirilməlidir.

Problemlərdən biri də çempionatın ev sahibi məsələsidir. “Avro 2020”-nin təşkilatçılarından birinin final mərhələsinə çıxmaması yaxşı olmaz. Ona görə də mən hesab edirəm ki, "Avro-2024” əvvəlki modelə uyğun keçirilməlidir”, – deyə UEFA-nın yeni prezidenti bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti