`Oxford`un məzununun qəribə həyatı -FOTO

`Oxford`un məzununun qəribə həyatı -FOTO
  15 Oktyabr 2016    Oxunub:7279
Məşhur “Üzüklərin əfəndisi” filmindəki “Hobit” irqinin üzvlərinin yaşadığı həyat İngiltərədə həqiqətə çevirilib.
AzVision.az-ın xarici ölkə mətbuatına istinadən verdiyi məlumata görə, Oksford Universitetinin məzunu olan Emma Orbax adlı ingilis qadın meşədə özü üçün tikdiyi evdə, bütün texnolgiyadan uzaq bir həyat yaşayır.



2 keçisi, 7 toyuğu, 2 atı olan xanım belə bir həyat tərzinin onu xoşbəxt etdiyini söyləyib. 58 yaşlı xanım tam 13 ildir ki, bu formada həyatını davam etdirir. O, enerji ehtiyaclarını təmin etmək üçün müxtəlif qurğular düzəldib.



Xanımın evinin adı “ruhlar diyarı”dır. 20 və 30 yaşlarında iki övladı olan ingilis xanım evində uşaqları qonaq etməyi də sevir. Bu zaman qonaqlar tək bir şərtə əməl etməlidirlər. Belə ki, telefon da daxil olmaqla evə hər hansı bir texnologiyanın daxil edilməsi qəti qadağandır. Emma Orbax Oksford Universitetinin Çin dili üzrə məzunudur.













Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti