Qalmaqal: Rusiyameyilli eksperti Ermənistandan qovdular

Qalmaqal: Rusiyameyilli eksperti Ermənistandan qovdular
  15 Oktyabr 2016    Oxunub:8377
2016-ci ilin oktyabrın 13-də Moskva Dövlət Universitetinin İrəvanda yerləşən filialında “Ümumi gələcəyə baxış” adlı Rusiya-Ermənistan ikinci gənclər forumu keçirilib. Forumda Ermənistan və Rusiyadan olan 150-dən çox gənc iştirak edib.

Forum çərçivəsində vətəndaş cəmiyyəti institutlarının Rusiya-Ermənistan inteqrasiyasında rolu və bu inteqrasiya proseslərində KİV-lərin yeri barədə plenar iclas keçirilib.

Lakin forum qalmaqalsız keçməyib. Belə ki, tədbirdə KİV-lərin beynəlxalq siyasi proseslərə təsiri, o cümlədən, heç də yaxşı dövrünü yaşamayan Rusiya və Ermənistan ikitərəfli münasibətləri haqqında öz fikirlərini bildirən Rusiyadan gələn erməni ekspert Qevorq Mirzəyan da iştirak edib.

Qeyd: Qevorq Mirzəyan radikal baxışları ilə tanınır. Xüsusən, o, aprel döyüşlər zamanı rəsmi Bakıya Rusiya silahının satılması ideyasını dəstəkləyib. Ermənilərin fikrincə, o, “Facebook”-da Ermənistana qarşı çirkin hücumları nəticəsində demək olar ki, bütün aparıcı erməni ekspertləri ilə “dalaşıb”.

Təşkilatçıların fikrincə, onun bu və ya digər mübahisəli iddiaları forumun iştirakçıları arasında mənfi reaksiya doğurub. Nəticədə təşkilat komitəsi Mirzəyanı tədbirdən qovub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti