Türkiyədə 25 min Azərbaycan manatı tapıldı

Türkiyədə 25 min Azərbaycan manatı tapıldı
  15 Oktyabr 2016    Oxunub:2383
Türkiyədə 25 min AZN olan paket tapılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hənifə Öndər adlı qadın avtobus dayanacağında sarı bir bağlama olduğunu görüb.

Şübhəli bağlamanı açdıqda isə içində dəstələnmiş halda pul əskinasları tapıb. Paketin içərisində 50 min lirəyə bərabər 50 və 100 manatlıqlar olduğu məlum olub. Pulu tapan şəxs əmanəti polisə təslim edib.

Dayanacağın ətrafındakı təhülkəsizlik kameralarındakı görüntüləri izləyən polis əməkdaşları pulun sahibinə çatdırılması üçün araşdırmalara başlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti