Ermənistanda əsgər əsgəri güllələdi

Ermənistanda əsgər əsgəri güllələdi
  15 Oktyabr 2016    Oxunub:3767
Ermənistan ordusunun əsgəri Vaaqn Viravyan xidmətdə olarkən öldürülüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, hadisə oktyabrın 15-də səhər saatlarında baş verib. Hadisənin baş verdiyi ərazidə araşdırma aparılıb, əsgərin silahdan açılan atəş nəticəsində öldüyü məlum olub.

Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir. Fakt araşdırılır.

AzVision.az


Teqlər:





Xəbər lenti